adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 May 2017 12:52
21274
KRİMİNAL
A- A+

Məhkəmə dələduzluqda təqsirləndirilən polkovnikin əmlakına həbs qoyub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib

Adalet.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər vəsatət verərək, təqsirləndirilən şəxsin oğlunun adına olan evə həbs qolulmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib və həmin əmlaka həbs qoyulub.

Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. O, 2015-ci ilin fevralında həbs edilib.

Araşdırma zamanı məlum olub ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa işə düzəltmək vədini verib. dəcəyi vədini verib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.