adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Aprel 2017 21:33
4017
İDMAN
A- A+

Roma derbisində dramatik sonluq

İtaliya A seriyasında 34-cü turun mərkəzi oyunu Roma derbisi olub. "Latsio" səfərdə "Roma"nı 3:1 hesabı ilə məğlub edib.

Adalet.az xəbər verir ki, qalib komandanın heyətində Balde Keyta (12 və 85-ci dəqiqələrdə) və Duşan Basta (50) fərqlənib.

"Roma"nın təsəlli qolunu Daniele de Rossi 45-ci dəqiqədə penaltidən vurub. 90-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Antonio Rüdiqer qırmızı vərəqə alıb.

"Roma" çempionatın sonuna 4 tur qalmış 75 xal ilə 2-ci pillədə qərarlaşıb və lider "Yuventus"dan 9 xal geridə qalır. "Latsio" 67 xal ilə 4-cü yerdə qərarlaşıb.