adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Aprel 2017 22:53
4516
İDMAN
A- A+

Millimizin İslamiada üçün yekun heyəti açıqlandı

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yekun heyəti açıqlanıb.

Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Yaşar Vahabzadə 23 futbolçunun xidmətindən yararlanmağa çalışacaq.

Siyahıda ən çox oyunçu ilə "Qarabağ” təmsil olunub. Ağdam klubunun 5 futbolçusu milliyə dəvət alıb.


Qapıçılar: Emil Balayev ("Səbail”), Şahrudin Maqomedaliyev ("Qarabağ”), Tərlan Əhmədli ("Sumqayıt”)

Müdafiəçilər:Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı "Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi "Sumqayıt”), Tellur Mütəllimov ("Qəbələ”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi "Zirə”)

Yarımmüdafiəçilər:Fəhmin Muradbəyli ("Neftçi”), Mirabdulla Abbasov ("Suqmayıt”), Elşən Abdullayev, Coşqun Diniyev (hər ikisi "Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi "Qəbələ”), Vüqar Mustafayev ("Zirə”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi "Kəpəz”), Elnur Cəfərov ("Duqopolye” Xorvatiya)

Hücumçular:Mahir Mədətov, Ağabala Ramazanov (hər ikisi "Qarabağ”)