adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Aprel 2017 22:18
3926
İDMAN
A- A+

Yığmamız son oyunda da uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində çıxışını başa vurub.

Adalet.az-ın xəbərinə görə, Qazaxıstan yığmasına qarşı keçirilmiş son oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.

11 metrlik zərbələri daha sərrast yerinə yetirən qazaxıstanlı futbolçular 4:3 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina, ikinci qarşılaşmda isə Monteneqro komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.