adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Aprel 2017 21:00
6286
DÜNYA
A- A+

Türkiyədə televiziya rəhbəri öldürüldü

İstanbulun Sarıyer səmtində güllənən şəxslərdən birinin GEM TV-nin iranlı rəhbəri Sael Kərimiyan, digərinin isə küveytli iş adamı olduğu bildirilib.

Kərimiyanın İngiltərə vətəndaşı olduğu vurğulanıb.

Məlumata görə, GEM TV türk teleseriallarının Yaxın Şərq ölkələrindəki satışı ilə məşğul idi.

Qətlin məhz bu faktorla əlaqəli olduğu istisna edilmir.

Cinayətkarların axtarışı ilə bağlı polis hərəkətə keçib.