Everestə çıxmaq istəyən isveçrəli alpinist donaraq ölüb
Planetdə yük dağ zirvələrini fəth etməsi ilə tanınan 40 yaşlı isveçrəli alpinist Ueli Stek dünyanın ən yüksək zirvəsi olan Everestə dırmanış zamanı ölüb.
Adalet.az "France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nepal Alpinizm Federasiyası məlumat yayıb.
Məlumatda bildirilir ik, hadisə bu gün səhər baş verib, böyük ehtimalla alpinist donub.
Qeyd edək ki, Everest dünyanın ən yüksək zirvəsidir. Tarix ərzində bu
zirvəni fəth etmək istəyən 280-dən çox insan həyatını itirib.
Yüksəklikdən evakuasiya mürəkkəb iş olduğu üçün çox vaxt həyatını
itirənlərin cəsədləri orada qalır.
Digər Xəbərlər
17 Aprel 2024 20:43