adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 Aprel 2017 15:34
5922
MƏMLƏKƏT
A- A+

Mayın 5-dən yeni qadağa qüvvəyə minir – 40 manat cərimə

Mayın 5-dən IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda "Oyunlar zolağı”nın tətbiq ediləcəyi küçələrdə hərəkətə qadağa qüvvəyə minir.

Adalet.az-ın məlumatına görə, mayın 5-dən 25-dək bu zolaqlara ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.

Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Salyan şosesi, Bibiheybət yolu 1, Bibiheybət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesində ayrılacaq hərəkət zolaqlarında nəqliyyatla İslam Oyunlarında iştirak edəcək idmançılar və qonaqlar daşınacaq.

Bu yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan və müvafiq nişanlarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər. Aidiyyəti olmayan avtomobillər zolağa girərsə, 40 manat cərimə olunacaqlar.