adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
30 Aprel 2017 11:00
8559
DÜNYA
A- A+

Mosulda terror aktı, 14 polis işçisi öldürülüb

İraqın Mosul şəhərində 14 polis əməkdaşı terror aktının qurbanı olub, daha 20 nəfər isə yaralanıb.

Adalet.az-ın xəbərinə görə, bu barədə Anadolu agentliyi İraq federal polisinin əməkdaşı Haris Kazıma istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının 6 yaraqlısı Mosulun qərbində Bab at-Tub rayonunda yerləşən polis məntəqəsinə hücum edib.

Terrorçular polis idarəsinin iki binasını ələ keçiriblər.

Sonradan aviazərbə nəticəsində hər iki bina dağıdılıb, 17 terrorçu məhv edilib.