adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Aprel 2017 13:53
6404
MƏMLƏKƏT
A- A+

Regionlarda Gənc könüllü klubları yaradılıb

Azərbaycan Res­publikası Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələş­dirilən "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən "Regionlarda "Gənc könüllülər klubu”nun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəs­ləndirilməsi – 3-cü mərhələ” adlı layihə icra edilib. Layihənin məqsədi region gəncləri arasında könül­lülüyün təşviq edilməsi və gücləndirilməsi, regionlarda könüllülük ide­yasının gənclər arasında təbliğ olunması, könüllülərin formalaşdırılmasını, icma-könüllü əməkdaşlığının qurulması olub.

Bu məqsədlə layihə çərçivəsində 12, 13, 14, 15 aprel 2017 – ci il tarixində Göygöl rayonunda, 17, 18, 19, 20 aprel 2017 – ci il tarixində Ağstafa rayonunda, 24, 25, 26, 27 aprel tarixində isə Şəmkir şəhərində "Könüllü məktəbi” adı altında maarifləndirici təlimlər keçirilmişdir. Təlimlərə qeyd olunan regionlardan 300 birbaşa, 2500 dolayı iştirakçı cəlb olunmuşdur. Gənclərin aktiv iştirkı ilə interaktiv formada keçən təlimlərdə əsasən aşağıdakı mövzular əhatə olunub:

· Könüllülük nədir;

· Könüllülüyün prinsipləri və məqsədləri;

· Kim könüllü ola bilər;

· Könüllünün və təşkilatların hüquq və vəzifələri;

· Könüllülərin iştirakçılığı;

· Könüllülük: yerli və beynəlxalq təcrübə;

· Könüllülük sahəsində qanunvericilik;

· Könüllük sahəsində beynəlxalq gənclər proqramları və s.

Layihə çərçivəsində Göygöl, Ağsatafa və Şəmkir rayonlarında "Gənc könüllülər Klubu” yaradılmışdır. Qeyd edək ki, bu klublar davamlı fəaliyyət gös­tərəcək və regionlarda müxtəlif könüllülk təşəbbüslərində iştirak edəcəklər.

Layihə çərçivəsində iştirakçılara müxtəlif çap məhsulları, o cümlədən "Könüllü fəaliyyət üçün bələdçi” adlı kitabça paylanılıb.