adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Aprel 2017 21:54
6290
MƏMLƏKƏT
A- A+

Azərbaycanda yeni bulvar salınır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında "Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən Göyçay şəhərinin baş planı layihəsinin hazırlanması işləri başa çatdırılıb.

Adalet.az xəbər verir ki, şəhərin baş plan layihəsinin Göyçay rayon ictimaiyyətinə təqdim olunması mərasimi keçirilib. Tədbirdə komitənin şöbə müdiri Fəxri Aydəmir, icraçı təşkilat olan "Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Göyçay Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Göyçay şəhərinin 2015-ci ildən 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin işlənilməsini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Göyçay şəhərinin baş planı sonuncu dəfə 1976-cı ildə hazırlanıb və istifadəsi 20 il nəzərdə tutulub. Məlumat verilib ki, 1996-cı ildən bəri Göyçay şəhərində aparılan tikinti işləri baş plansız, yəni pərakəndə şəkildə aparılıb. Məhz 20 ildən sonra Göyçay şəhərinin baş planının hazırlanması rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb.

Bildirilib ki, Göyçay şəhərinin yeni baş planı çərçivəsində 2035-ci ilədək Göyçay çayının hər iki sahilində park-bulvarın salınması, 1500 tamaşaçı tutumu olan kinoteatrın inşası, 6-10 mərtəbəli yaşayış binalarının, yeni sənaye müəssisələrinin tikintisi, yaşıllıq sahələrinin artırılması, şəhərin ərazisinin genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin hazırlanmasına 2015-ci ildə başlanılıb və 2 il ərzində işlər yekunlaşaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş plan üzrə şəhərdə tikinti işlərinə 2018-ci ildən start veriləcək.