adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Aprel 2017 21:37
6280
SAĞLAMLIQ
A- A+

İlk dəfə baş köçürüldü – Tibb dünyası şokda

İki il əvvəl italyan neyrocərrah Sercio Kanavero insan başını digər bədənə köçürməyi planlaşdırdığını elan etmişdi. Bu yaxınlarda isə o, bu təcrübəni siçanlar üzərində sınayıb və kifayət qədər uğurlu alınıb.

Adalet.az xəbər verir ki, alim cəmiyyətin sərt qınağı və digər maneələrlə qarşılaşmasına baxamayaraq, gələcək əməliyyat hazırlığına davam edir.

Həmkarı Syaopin Reno ilə birlikdə apardığı araşdırma nəticəsində Kanavero ikibaşlı siçan yaradıb. "Biznes İnsayder” jurnalı bildirib ki, həmin siçanların orta yaşama müddəti 36 saatdan çox olmayıb.

Alimin sözlərinə görə, bu təcrübədə məqsəd siçanların həyatda qalmasını təmin etmək olmayıb. Əsas hədəf bunu insan üzərində həyata keçirməkdir.