adalet.az header logo
  • Bakı 18°C
29 Aprel 2017 21:07
8584
DÜNYA
A- A+

Prezident at yarışında birinci oldu

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmən atı şərəfinə təşkil olunan cıdır yarışının qalibi olub.

1,2 kilometr məsafəyə at yarışında prezidentdən başqa ölkənin 5 vilayətindən və Aşqabad şəhərindən daha 6 təcrübəli çapar iştirak edib.

Nəticədə Türkmənistan lideri məsafəni 1 dəqiqə 25 saniyəyə qət edərək qələbə qazanıb və yarışın mükafatına – "Toyota Land Cruiser Prado” avtomobilinə layiq görülüb. Sonradan dövlət başçısı atçıların ehtiyaclarını nəzərə alaraq avtomobilin açarını kənd təsərrüfatı məsələləri üzrə vitse-prezident Esenmurad Orazgeldıyevə təhvil verib.

İppodromun direktoru bildirib ki, prezidentin Miras adlı axaltəki atını dövlət başçısının nəvəsi Kərimqulu Berdiməhəmmədov bəsləyib və yarışa hazırlayıb.