adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Aprel 2017 17:34
5472
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 82 yaşlı kişi və 69 yaşlı qadın nikaha girib

2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bağlanan nikaha daxil olan vətəndaşların yaş aralığı və nikahın davametmə müddəti açıqlanıb.

Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova məlumat verib.

L.Kərimovanın verdiyi məlumata görə, ötən il qeydə alınan 66771 nikaha daxil olan kişilər arasında 25-29 yaş qruplarında 29 260 nəfər, qadınlar arasında 20-24 yaş qruplarında 29435 nəfər münasibətlərini rəsmiləşdirib.

"Nikaha daxil olanən yaşlı kişinin 82,ən yaşlı qadının 69 yaşıvar. Hər iki cins üzrəən gənc nikahadaxilolma 17 yaşqeydə alınıb”.

Komitə rəsmisi həmçinin bildirib ki, 13114 boşanma halında daha çox 30-34 kişilər və 25-29 yaşlı qadınlar münasibətlərinə son qoyub:

"Göstərilən yaş qrupundan olan 3198 kişi və 3453 qadın boşanıb.Bir ilə qədər davam edən nikahların pozulması hallarında kişilər arasında daha çox 25-29 yaş qruplarında 133 nəfər, qadınlar arasında 20-24 yaş qruplarında 117 nəfər boşanıb”.