adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Aprel 2017 16:03
4084
HADİSƏ
A- A+

Qırğızıstanda matəm elan olundu - Yenilənib

Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində 7 ev torpaq altında qalıb.

Torpaq sürüşməsi nəticəsində azı 24 nəfər ölüb. Təbii fəlakətin baş verdiyi ərazidə fövqəladə hallar naziri Kubatbek Boronovun başçılığı ilə operativ qərargah yaradılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 182 xilasedici, 100 əsgər, Daxili İşlər Nazirliyinin 50 əməkdaşı və 15 tibb işçisi cəlb olunub. Həmçinin 40 ailənin potensial təhlükəli ərazilərdən təxliyə olunması üçün tədbirlər görülür.

Qırğızıstan prezidenti Almazbek Atambayevin fərmanı ilə aprelin 30-u ölkədə matəm günü elan edilib.

***
(10:17)

Qırğızıstanın Oş vilayətinin Uzgen rayonunun Ayuyu kəndində torpaq sürüşməsi baş verib.

Hadisə bu gün səhər yerli vaxtla saat 7.00 radələrində baş verib.

Ölkənin Fövqəladə Hallar Nazirliynin yaydığı məlumata görə, sürüşmə zonası 1 milyon kubmetr ərazini əhatə edir.

Torpaq sürüşməsi nəticəsində 24 nəfərin yaşadığı 10 ev topraq altında qalıb. Qeyd olunub ki, torpaq sürüşmsi zamanı sakinlər evdə olub.

Hadisə yerinə fövqəladə hallar naziri Kubatbek Boronov və müavini Rövşən Rısbaev başda olmaqala FHN-in 100-dən çox əməkdaşı cəlb olunub. FHN işçiləri torpağın altında qalanları çıxarmağa çalışırlar.

FHN-nin məlumatına görə, ilin əvvəlindən Qırğızıstanın Oş Vilayətində 25 torpaq sürüşməsi baş verib. Nəticədə 6 nəfər həlak olub. Bu təhlükəli sürüşmə sahələrində 2376 ailə yaşayır