adalet.az header logo
  • Bakı 13°C
29 Aprel 2017 13:03
7443
MƏMLƏKƏT
A- A+

Bakı sakinləri tortlara və bişmələrə üstünlük verir - SORĞU

"ACT Azərbaycan” 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Şirniyyat əksər Bakı sakininin süfrəsinin və rasionunun ayrılmaz hissəsidir. Bəs görəsən paytaxt sakinləri hansı şirniyyatlardan daha çox istifadə edir ?

Adalet.az xəbər verir ki, sorğu nəticəsində məlum oldu ki, Bakı əhli dilinə şirinlik qatmaq üçün bir ay ərzində əsasən tortlardan (64 %) və bişmələrdən (64 %) istifadə edir. Pirojna (57 %) və kekslərdən ( 57 %) istifadə edənlər də yetəri qədərdir. Nisbətən az maraq çəkənlər isə milli və şərq şirniyyatlarıdır (47 %).

Şəhər sakinlərinin şirniyyata olan marağını nəzərə alıb respondentlərin bu şirniyyatları mağazadan hazır şəkildə almaları yoxsa evdəbişirmələri ilə maraqlandıq. Məlum oldu ki, fikri soruşulanların yarıdan çoxu tortu (52 %), pirojnani (47 %), milli və şərq şirniyyatı (43 %), keksləri (46 %) həm evdə hazırlayır, həm də hazır şəkildə mağazadan alırlar. Bişmə sevənlər isə onu ancaq hazır şəkildə mağazadan almağa üstünlük verirlər (43 %).

Sorğu 24dekabr –3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.