adalet.az header logo
  • Bakı 11°C
28 Aprel 2017 22:45
29862
MARAQLI
A- A+

Ağcaqanadlara qarşı səkkiz öldürücü ətir

Mövsüm ilə əlaqədar olaraq milçəklərin və ağcaqanadların narahatedici təsirinin qarşısını almaq yaxşı olardı. Təbiətdə müxtəlif otların, ətirli yağların həşəratları qovucu təsiri var.

Adalet.az sizə həşəratların çox olduğu mövsümlərdə istifadə edə biləcəyiniz 8 ən effektiv və etibarlı üsulları təqdim edir:

1. Buxarlandırılmış yüz qram kamfora və ya valerian hətta ən geniş məkanlarda belə sizi milçəklərdən və ağcaqanadlardan xilas edəcək.

2. Təzə meşə gilasının yarpaqlarını kiçik hissələrə bölüb dərinin üzərinə çəkin. Bu dəridə olan göynəməni götürəcək və həşəratların bədəninizə yaxınlaşmasının qarşısını alacaq.

3. Qərənfil, efir yağları, bazilika, anis, evkalipt. Bu yağların 5-10 damcısını suya töküb, odun üstündə qoyub ətri çıxana qədər qızdırın. Sonra pambığı bu qarışığa batırıb pəncərə kənarına qoymanız kifayət edər ki, həşəratlar sizi narahat etməsin. Yağları dərinizə də sürtə bilərsiz.

4. Kəndalaşın təzə qırılmış budaqlarını otağa qoyun, onlar ağcaqanadların otağa gəlməsinin qarşısını alacaq. Pomidor yarpaqlarından da istifadə etmək olar.

5. Təbiət qoynundasınızsa, tonqala ardıc yarpaqları atın. Onun qoxusu ətrafdakı həşaratları dağıdacaq.

6. Sidr yağının qoxusu nəinki ağcaqanadların, həmçinin milçəklərin və tarakanların da sevmədiyi qoxudur.

7. Üzünüzü yovşan köklərindən hazırlanmış su ilə yumusuzsa, heç bir həşərat sizə yaxın gəlməyəcək.

8. 100% evkaliptin cövhərini boş şüşəyə töküb pəncərə kənarına qoysanız ağcaqanadlar evinizin yolunu unudacaqlar.