adalet.az header logo
  • Bakı 18°C
28 Aprel 2017 22:37
7979
İDMAN
A- A+

“Qarabağ”dan daha bir çempionluq

Əvəzedicilərin çempionatının qalibi məlum olub. 

Adalet.az-ın məlumatına görə, çempionun adına sonuncu - XXVIII turun ilk oyun günü aydınlıq gətirib.

Qızıl medallar uğrunda mübarizə aparan "Qarabağ”la "Qəbələ” ən yaxşının adına qiyabi dueldə aydınlıq gətirib. Bu turadək lider olan Ağdam təmsilçisi bürünc mükafatçı "Neftçi”nin qonağı olub.

Bu görüşdə 2:1 hesablı əzmkar qələbə qazanan əyalət klubu mövsümdə ikinci çempionluğunu qazanıb. Bunadək Ağdam klubunun əsas komandası da Premyer Liqanın qalibi olmuşdu. Gümüş medallar isə "Qəbələ”nin olub. "Qırmızı-qaralar” son turda "Sumqayıt”a qalib gəlib.

Qeyd edək ki, həm tura, həm də mövsümə aprelin 30-da yekun vurulacaq.

Əvəzedicilərin çempionatı

XXVIII tur

28 aprel

AZAL – "Zirə” – 0:3

İlkin Muradov, 45; Vəzir Musayev, 52; Murad İsmayılzadə, 73

"Neftçi” – "Qarabağ” – 1:2

Ömər Buludov, 32 - Elşən Abdullayev, 62; Salman Cəfərov, 74

"Sumqayıt” - "Qəbələ” – 0:1

Ülvi İsgəndərov, 56

1

Qarabağ

28

16

8

4

51-26

56

2

Qəbələ

28

17

4

7

52-28

55

3

Neftçi

28

14

6

8

53-28

48

4

İnter

27

10

8

9

20-19

38

5

Zirə

28

9

9

10

32-30

36

6

Kəpəz

27

8

8

11

27-37

32

7

Sumqayıt

28

8

3

17

40-59

27

8

AZAL

28

4

4

20

27-75

16