adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Aprel 2017 22:29
25957
İQTİSADİYYAT
A- A+

ABŞ dolları kəskin bahalaşa bilər

"ABŞ ilə Şimali Koreya arasında müharibə başlasa ən təhlükəsiz valyuta İsveçrə frankı olacaq. Müharibə başlasa, Asiya valyutalarından Çin yuanı və Koreya vonu ən ciddi mənfi təsirə məruz qalan pul olacaq. Hər zaman problemli şəraitlərdə təhlükəsiz valyuta hesab edilən yapon yeninin də bölgəyə yaxın olması səbəbindən ucuzlaşması proqnozlaşdırılır”.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Danimarkanın "Danske Bank"ının analitiki Allan Fon Mehren bildirib.

Onun sözlərinə görə, ABŞ dollarının bütün valyutalarla müqayisədə kəskin bahalaşması gözlənilir: "Digər ciddi ucuzlaşması gözlənilən valyutalar sırasında isə Cənubi Afrika randı, türk lirəsi, meksika pesosu göstərilib. Metal istehsalçısı ölkələr Braziliya və Çilinin həm iqtisadiyyatlarının, həm də valyutalarının devalvasiyası ehtimal olunur”.