adalet.az header logo
  • Bakı 18°C
30 Aprel 2017 21:46
9622
SAĞLAMLIQ
A- A+

Dünyada nə qədər insan bu xəstəlikdən ölüb?

Dünyada 212 milyon insan malyariya xəstəliyinə yoluxub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilib.

Təşkilatın məlumatına görə, 2015-ci ildə 90 faizi Afrika qitəsi ölkələrində olmaqla, dünya üzrə 212 milyon nəfər malyariya xəstəliyinə tutulub və həmin insanlardan 429 mini ölüb.

Hesabatda vurğulanıb ki, malyariya daha çox Afrika qitəsində yerləşən ölkələrdə yayılıb.

Hesabatda qeyd olunub ki, 2000-ci ilin əvvəlindən etibarən bu xəstəliyə tutulanların sayında ciddi azalmalar müşahidə edilir.