adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Aprel 2017 19:19
20265
KRİMİNAL
A- A+

Bakıda erməni əsilli Rusiya vətəndaşına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Adalet.az-ın xəbərinə görə, prosesə hakim Samir Əliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı Orxan Kəngərli təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə hökm elan edilib. Hökmə görə, M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, əsl soyadı Qalustyan olan və həyat yoldaşının soyadının götürən M. Ueldanov Bakıda guya erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə saxlanılıb.