adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Aprel 2017 18:36
12864
SİYASƏT
A- A+

Ərdoğan-Putin görüşündə nələr müzakirə olunacaq?

Xəbər verdiyimiz kimi, Rusiya və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin mayın 3-də Soçidə görüşəcəklər.

Adalet.az bildirir ki, Kremlin mətbuat xidməti bir az əvvəl görüşdə hansı məsələlərin müzakirə olunacağı haqda məlumat yayıb.

Məlumatda deyilir: "Tərəflər ilk növbədə Rusiya-Türkiyə münasibətlərinin bütün kompleksi üzrə, həmçinin 10 martda Moskvada Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasında əldə olunmuş razılıq çərçivəsində fikir mübadiləsi aparacaq, terrorizmlə birgə mübarizə və Suriya böhranının nizamlanması yollarını müzakirə edəcəklər. Eyni zamanda aktual regional və beynəlxalq problemlərin müzakirəsi də diqqət mərkəzində olacaq”.