adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Aprel 2017 18:27
2885
GÜNDƏM
A- A+

Bakı-Tbilisi-Qars dəmiryolu xətti iyunun axırında istismara veriləcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti bu il iyun ayının sonunda istismara veriləcək.

Adalet.az-ın verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib.

"BTQ Qars və Mərkəzi Asiya, habelə Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Çin arasında yüklərin daşınmasının təşkilinə imkan verəcək", - Ə.Arslan qeyd edib.

Onun sözlərinə görə, Osmanlı və Səlcuqlar dövlətlərinin memarlıq üslubunda olan Qars dəmiryolu stansiyasının tikintisi artıq yekunlaşmaq üzrədir.

"Yüklərin boşaldılıb-yüklənməsi şəhər kənarında icra ediləcək. Məmnunluqla deyə bilərəm ki, dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir. Türkiyə prezidenti və baş naziri bu beynəlxalq layihənin reallaşdırılmasının gedişini şəxsən izləyirlər", - Ə.Arslan deyib.

Onun sözlərinə görə, türkiyəli istehsalçıların məhsulları BTQ vasitəsilə Qarsdakı logistika mərkəzindən tədarük ediləcək. Bu, tədarükün maya dəyərinin və çatdırılması vaxtının azalmasına səbəb olacaq.