adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Aprel 2017 16:04
27532
MARAQLI
A- A+

Dünyada ən güclü orduya malik ölkələrin adları açıqlandı

Dünyanın ən güclü Silahlı Qüvvələrinin adları açıqlanıb.

Adalet.az-ın İstiPress-ə istinadənverdiyi məlumata görə, ənənəvi siyahını "Global Fire Power”hərbi mənbələrə istinadla hazırlayıb. Siyahıda Azərbaycanın yaxın qonşularının da adları ön sıralarda yer alıb.

Belə ki, dünyanın ən güclü ordusuna ABŞ malikdir. Şimal qonşumuz Rusiya ikinci, Çin isə üçüncü pillədə yerləşdirilib. İlk beşlikdə Hindistan və Fransanın adı da var.

İngiltərə 6-cı yerdədir, onu az fərqlə Yaponiya izləyir. Digər yaxın tərəfdaşımız və qonşumuz olan Türkiyə isə 2 pillə irəliləyib. Ötən il 10-cu olan Türkiyə bu il 8-ci yerdə qərar tutub. İlk onluğu isə Almaniya və İtaliya qapayır.

Cənub sərhədimizi bölüşdüyümüz İran 21-ci sırada yer alıb. Bir il öncə 11-ci olan İsrail geriləyib - 16-cı yer.

Azərbaycanın özü isə 59-cudur. Müharibə şəraitində olduğumuz Ermənistan (95) bizdən 36 pillə geridədir. Geridə olan daha bir qonşumuz Gürcüstandır - 80.

Siyahının sonunda Mərkəzi Afrika qərarlaşıb. Onu Somali, Namibiya, Panama, Əl Salvador, Laos və Bosniya Herseqovina izləyir.

Hər il eyni siyahını hazırlayan "Global Fire Power”qiymətləndirmə apararkən bir sıra məqamları nəzərə alıb. Məsələn, hərbçi və silahların sayı, modernliyi, atəş gücü və ölkələrin öz hərbi texnikalarını istehsal edə bilmək qabiliyyəti. Ölkələrin coğrafi mövqeyi, logistka vəziyyəti, təbii qaynaqları da sıralamaya təsir edən amillərdəndir.