MƏNİ ÜRƏYİMƏ BAĞIŞLAYIN

ƏBÜLFƏT MƏDƏTOĞLU
70961 | 2017-04-28 15:00

Sizin ürəyiniz də mənim üçün əzizdir

Bu yazını ürəyimlə etdiyim söhbətlə başlamaq istəyirəm. Doğrudur, məndemək olar ki, hər gün ürəyimlə danışıram və mənə ondan yaxın bir kimsə yoxdur.Elə onu da vurğulayım ki, ürəyimin mənə yaxın olmasının bir səbəbi də Sənin oürəyə sahib olmağındı. Və deməli, mənə ən yaxın olan da elə Sənsən…

Hə, gecənin tən yarısı idi. Yəni saat 3:00 göstərirdi. Yuxum gəlmədiyindənevdən çıxıb akademiyanın qarşısına üztutdum. Gecənin bu vaxtında burada görünməyim ətrafdakı polislərin diqqətini çəkdi.Yaxınlaşdılar. Barmaqlarımın arasında tüstülənən siqaretə, sonra üzüməbaxdılar. Bilmirəm, tanıdılar, ya kiməsə oxşatdılar, hər nəsə ötüb getdilər.Bağda bir az gəzişəndən sonra iş yerimə tərəf gəldim. Onsuz da son vaxtlaryuxumun perik düşdüyün bilən nəşriyyatın mühafizəçiləri bu dəfə də salamımı təbəssümləqarşılayıb susdular. Amma bu susmaqlarından onların suallarını oxudum.Soruşdular ki:

- Yenə yuxunuz yoxdu?!

Mən də susdum. Və əslində isə onlara dedim ki, «hə!».

Otağa qalxdım. İşığı qaldırdım, bilgisayarı qoşdum, ardınca da QədirRüstəmovun ifasını arayıb ekrana gətirdim. Onun ifasında «Neyçün gəlməz»otağımı bürüdü. Mən isə ürəyimlə söhbətə kökləndim. Həmişəki kimi soruşdum ondan:


Yorulmusan bilirəm

Döyünmək istəmirsən…

Yaşadığın həsrətlə -

Öyünmək istəmirsən?!


Tanrının bir simisən

Məhəbbət tilsimisən!

Özgələri kimi sən -

Geyinmək istəmirsən…


Yollardan yığılmısan

Özünə sığınmısan…

Özündən yıxılmısan -

Deyinmək istəmirsən…


Hə, söhbətim deyəsən alınmadı. Çünki ürəyim doğrudan-doğruya yorulub əldəndüşüb. Suallarıma ancaq susmaqla cavab verir. Və mən də bu susqunluğu özümbildiyim kimi yozuram. Yozumlar bəzən heç əhvalımı dəyişmir. Bir də ki, əhvalımındəyişməsi üçün özünü nəyəsə məcbur etməli deyilsən, o öz axarı ilə gəlməlidi –sevgi kimi, məhəbbət kimi. Onda heç vaxt ağlın ucundan da gəlib keçməyəcək mənimyazdığım bu misralar. Nə özünə, nə də başqasına deməyəcəksən ki:


Yorulmuş ruhum üçün

Ölüm dərman kimidi…

Bir vida təbəssümü -

Sözsüz fərman kimidi!..


Hə, bu halla, bu yaşamla ovqatmı yaratmaq olar? Soruşa bilərsiniz ki,söhbət hansı haldan, hansı durumdan gedir? Doğrudur, soruşmaq sizin haqqınızdı.Amma mənim də sumaq haqqım var. Ona görə də öz haqqımdan yararlanıram - nədosta zəng vururam, nə tanışa, nə də oxucularıma. Sadəcə susuram. Və bilirəmki, bu susmağımla ürəyimi özündən çıxarıram, onun halını pozuram, kefinə soğandoğrayıram. Qoy olsun! Az qala 59 ilin 29-nu o mənim kefimə soğan doğrayıb,indi də mən onun əhvalını pozacam. Arayış üçün söyləyim ki, 29 ildirQarabağsızam… 29 ildi ki, Qarabağ dərdini daşıyıram özümlə… və 29 ildi ki,Qarabağ düyününün çözümünü gözləyirəm... Ona görə də həyatın sınaqları da, sualları da məni yorur,əldən salır və mən də həmin o yorğunluğu, o halsızlığı yükləyirəm ürəyə. Deyirəm, çəkə bildikcə çək! Bilirəm ki, bu mənimtərəfimdən edilən namərdlikdi. Onu da bilirəm ki, mənim çəkdiklərimi bölüşməyə, paylaşmağa, eləcə də kiməsə yüketməyə böyük mənada haqqım ancaq ürəyimə çatır... gücüm ancaq ona yetir. Düzdü,sən də onun içərisindəsən, sənə də təsirsiz ötüşmür bütün bunlar. Hətta bəzəndaha çox pay sənə düşür. Ona görə də hərdən sənə heyfim gəlir. Və hətta öz-özümədeyirəm ki, niyə bezib, yorulub günün birində öldürmür məni bu adam. Üstəlik sənəyazıram ki:


Niyə ağlına gəlmir

Məni vurub öldürmək?!

Bu qədər çətindirmi -

Yəni durub öldürmək?!


Oynayıram ölümlə

Söyləyirəm dilimlə…

Çətin olmaz, əlimlə -

Toru qurub öldürmək!..


İtib artıq kölgə də

Qolumdakı bəlgə də!

Öldürməkdi, bəlkə də -

Vaxtsız qürub, öldürmək!..


***

Deməli, bu şeiri sənə oxumağa cürət eləməmişdim. Ürəyimə oxumuşdum. Vəürəyimə oxuyub dərindən nəfəs almaq istəyəndə təkrar yadıma düşdü ki, şeiri həmdə sənə oxumuşam. İnan ki, onda canıma buz kimi tər gəldi. Əməlli-başlıqorxdum. Elə bildim ki, arzumu düz anlamayacaqsan, düz yozmayacaqsan. Düşünəcəksənki, bu adam ölümlə oynayırsa, deməli, həm də mənimlə oynayır? Deməli, həm dəözünə dilədiyini ürəyinə diləyir? Əgər belədirsə, o ürək olan şəxs də o diləyiniçərisində payını götürür?!

Bax bu, özümün-özümə buz kimi tərin içərisində verdiyim suallar mənisanki yuxudan ayıltdı, sanki özümə qaytardı. Və mən nə boyda günaha batdığımıhiss etdim. Bu günah isə təbii ki, səni incitmək idi. Çox düşündüm, çoxgötür-qoy etdim. Bilmədim necə üzrxahlıq edim, necə yuyum günahımı. Kimsə deyəbilər ki, etdiyim bu günah yuyulan deyil. Məno kimsənin söylədiyini qəbul edirəm və ona haqq qazandırıram. Amma onuda mənə irad tutana demək istəyirəm ki, bunu bilərəkdən etmədim, qəsdən, məqsədlişəkildə söyləmədim. Sadəcə, həm söz-sözü çəkdi, həm də mən yaşadıqlarımınağırlığı altında bir anlıq özümü unutdum… tarazlığım pozuldu… müvazinətimisaxlaya bilmədim… Nəticədə də söz dilimdən uçub getdi. Qaldım həmin uçub gedənsözün arxasınca baxa-baxa. Baxdığım o zaman kəsiyinin içərisində ağlıma gələn ilk istək səndən üzrxahlıq etmək idi.Elə bil ki, onun da yolunu Allah göstərdi mənə… Allah saldı ağlıma, qəlbimə, mənbu anın xəcalətindən çıxmaq üçün yenə qələm-kağıza üz tutdum… yenə qələm-kağızsızürəyimə pıçıldadım həmin o göy üzündən gələn sədanı. Pıçıltılarım isəmisralandı.


«Ah» çəkib «ah»ı sayıram

Etdiyim günah qədərdi…

Yatdığım gecənin sayı -

Açdığım sabah qədərdi!


Qan sızıbdı, gözümə qan

Yuxuya bənzəyir hər an…

Ömrümdəki sevincli an -

Topası gün- ah qədərdi!


İllər sərt olsa da mənə

Düşsəm də dumana, çənə…

Ürəyimdə sevgim sənə-

İnan ki, Allah qədərdi…


***

Deyir ki, daha doğrusu, elə mən özüm də deyirəm ki, sözün ardınca düşəndəadam çox uzaqlara gedib çıxır. Bəzən burda, Bakıda «Azərbaycan» nəşriyyatının6-cı mərtəbəsində, «Ədalət» qəzetinin küncündəki balaca bir otağında oturubözümün də xəbərim olmadan haralara gedib çıxırsan? Haraları gəzib dolaşırsan? Vəgetdiyin, gördüyün, gəzdiyin həmin o yerlərin mənzərəsi, adamları da qoşulur osöhbətə, o sözə və çevrilir yazıya, xatirəyə. Mən düşdüyüm durumun içərisində nəqədər havalansam da, xatirə yağışı hərdən köməyimə çatır. Hərdən məni odurumdan çəkib çıxarıb 5-10 dəqiqəlik də olsa bir daşın üstündə otuzdurur. Və odaşın üstündə oturanda hiss edirəm ki, köməyimə çatan xatirə yağışı mənimruhuma çilənir… mənim cismimi ovudur. Və beləcə ruhumla cismim əl-ələ tutub məhzxatirəsi təzələnən ünvana qonaq gedir.İndinin özündə də belədi, dünən də, ondan öncəki gündə də məndə belə olub. Hissetmişəm ki, Ərk qalasında, o qalaya qalxan yolun üstündəki bulağın qarşısındakıdaşın üstündə oturmuşam. Allaha yaxın olan bu yerdən ətrafa baxıram. Və ətrafdagördüklərim göy üzünün aydınlığı altında mənə son dərəcə doğma gəlir. Sanki yüzildi bu mənzərəni seyr etmişəm…. Sanki yüz ildi ki, Ərk qalasına qalxan yolunbu daşının üstündə oturub qalmışam…

İlahi, sənin hikmətlərin danılmaz, sənin böyüklüyün səcdə ediləndi.Bunu oxumuşam da, eşitmişəm də, yaşamışam da, görmüşəm də. İndinin özündə də, elə ruhən o daşın üstündəoturduğum məqamda mənə elə gəlir ki, mən əlimi uzatsam, sənin ətəyinətoxunacaq… mən əlimi uzatsam, sənin dərgahına çatmış olacaq. Və sonra onu dafikirləşirəm ki, həmin o hisslər dayandığım məkanın, içində olduğum zamanınpaklığının, saflığının və bir də burdakı mühitin təcəssümüdü. Mən ondan kənardadeyiləm. Əksinə, həmin o mühitin, o zamanın, o paklığın içərisindəyəm. Və bu dailahi bir gücün laylası kimi, səsi kimi, nəfəsi kimi hopur mənə. O məqama qədərki, mən onun içərisində özümü elə bu qaladadoğulmuş kimi hiss edirəm. Və qaladanüzü aşağı düşəndə də həmin o yaşantılar məni tərk etmir. Göy üzündən üzü aşağıgəlsən də, o müstəvidə məni gözləyən naxçıvanlı dostlarımın bütövlüyü, səmimiyyəti,özlərinə xas xarakterləri ilə yaşantılarımı bir az da cilalayır… sanki bir azda bülövlənirəm…

İndi əvvəldə dediyim kimi, balaca bir otaqda həmin o yaşantılarıbütün varlığımdan keçirib elə bilirəm ki, içimə bir rahatlıq, bir yaz mehi əsibdoldu. Qayğılardan, sıxıntılardan bir anlıq da olsa xilas oldum. Bax, o bir anagörə, Allahıma və onun mənə nəsib etdiyi dostlara minnətdaram, onlara təşəkküredirəm. O təşəkkür də hardasa, daha dəqiq desəm elə Naxçıvanda yazdığım birşeiri mənə xatırladır. Bilmirəm yerinə düşəcək, yoxsa yox, amma onu da indi sizəpıçıldamaq könlümdən keçir.


Qoparılıb təkbətək

Sonra oda tutulur…

Yanıb tüstüyə dönür

Sonra da unudulur -


Xatirə yarpaqları?!

Həyat dəyirmanında

Öncə ələkdən keçir

İçdən duyulmayanda


Yır-yığış edib köçür -

Xatirə yarpaqları…

Kəsir yuxu qapısın

Ya da yaddaş yolunu…


Təbəssüm hiss edəndə

Geniş açır qolunu -

Xatirə yarpaqları…

Bunu yaşamaq özü


Özünə qayıtmaqdı

Külünə, ocağına

Közünə qayıtmaqdı -

Xatirə yarpaqları?!


Bu yazının ürəyimlə söhbət olduğunu öncə demişdim. Amma yazının bu qədərağırlıq yüklü olacağını təsəvvür etməmişdim. Sona gəlib çıxanda duydum bunu.Tam səmimi etiraf edim ki, oxucularımı bu yaşantılara qoşduğuma, onlara bir kədərnotları mesaj etdiyimə görə sıxıldım. İçimdən tam səmimi bir üzrxahlıq hissi gəlibkeçdi. Ona görə də sizdən yazılı şəkildə o üzrü qəbul etməyiniz ricasını dilə gətirirəm.Və elə bu ricamla da sizin hər birinizə demək istəyirəm ki, hansısa ədibimizinyadımda bir sözü, lap dəqiqi, əsərinin adı qalıbdı. Çoxdan oxumuşam əsəri. Adıbelə idi: «Ürək yaman şeydi». İndi siz dəməni ürəyimə və ürəyinizə bağışlayın!


TƏQVİM / ARXİV