adalet.az header logo
  • Bakı 16°C
28 Aprel 2017 15:14
17564
MƏDƏNİYYƏT
A- A+

Mühəndislik Universitetinin tələbəsi tamaşa hazırladı

Bakı Mühəndislik Universitetinin Mexanika Mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Rüfət Quliyev Gənc Tamaşaçılar Teatrında 1 saylı Bakı "ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası ilə görkəmli yazıçı İlyas Əfəndiyevin "Qəribə oğlan” pyesi əsasında eyni adlı tamaşanın quruluşunu verib.

Adalet.az-ın verdiyi xəbərə görə, R.Quliyevin rejissoru olduğu romantik komediya janrındakı tamaşa auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Rüfət Quliyev 2013-cü ildən universitetin mədəniyyət şöbəsinin müdiri sənətşünaslıq elmləri doktoru Zəminə Axundovanın bədii rəhbərlik etdiyi Dram (Teatr) özfəaliyyət dərnəyində aktyor olaraq iştirak edib. Hüseynbala Mirələmovun "Xəcalət” pyesində Murad obrazını, Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş İlyas Əfəndiyevin "Qarabağnamə” tamaşasında Saday bəy obrazını, Rus Dram Teatrında nümayiş olunmuş yazıçı Anarın "Ötən ilin son gecəsi” tamaşasında Süleyman obrazını və bir sıra digər obrazları məharətlə ifa edib.

Tamaşanın çox bəyənilməsi səbəbindən may ayında yenidən tamaşaçı qarşısına çıxacağı gözlənilir.