adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Aprel 2017 14:02
37407
MƏDƏNİYYƏT
A- A+

Pula görə çox sevdiyi itini satan məşhur aktyor

Məşhur "Rokki" filmi haqqında bilmədiyimiz maraqlı faktlar var. 

Adalet.az həmin faktları təqdim edir:


Silvestr Stallone "Rokki”ni yazdıqdan sonra filmi çəkə bilmək üçün əlində ssenarsilə qapı-qapı gəzərək bir çox prodüserə baş çəkir. Ulaşdığı bütün qapılar üzünə bir-bir bağlanır. Uzun sürən axtarışlardan sonra iki prodüseri razı salmağa yaxınlaşır. 

Prodüserlər ssenarilə maraqlanır və filmin haqqları üçün Stalloneyə 350.000 dollar təklif edirlər. Təklifi qəbul edən Stallonenin tək bir şərti olur: "Rokki"ni canlandırmaq. Prodüserlər bunu da qəbul edirlər ancaq onların da bir şərti olur. Bu şərtə görə, Stollone ssenari və aktyorluq üçün ekstra bir məbləğ istəməyəcək. Axırda iki tərəf də şərtlərdə anlaşır. Prodüserlər film üçün "United Artist”-ə gedirlər. Studiyada prodüserə "Rokki"ni canlandırması üçün bir çox tanınmış adlar – Robert Redford, Ryan Oneal, Burt Reynolds, James Caan təklif olunar. Ancaq prodüserlər, Stallonenin israrlı mövqeyini nəzərə alaraq bunun mümkün olmayacağını deyirlər. Sonda edilən anlaşmalar nəticəsində "United Artists” film üçün 100.000 dollar bütcə ayırır. Filmin toplam bütcəsi isə 1.100.000 dollar olur. Sonradan əlavə edilən 100.000 dolları tapa bilmək üçün prodüserlər  öz evlərini banka girov qoyurlar. Qısaca, başda hər kəsin ağız-burun əydiyi ssenari kino tarixinə keçərkən, Stallone "Rokki" performansı ilə bütün dünya tərəfindən tanınır...

Astrologiya ilə məşğul olan Stallonenin anası oğluna demişdir ki, o, ilk uğrunu ssenarisi sahəsində tapacaq. "Rokki” filminin ssenarisini yazmaq ağlına gəlməmişdən qabaq, Stalloneni bir neçə televiziya layihələri üçün ssenarilər yazmışdır.

Silvestr Stallone heç vaxt professional boksla məşğul olmayıb. "Rokki”-nin çəkilişlərinə başlamamışdan qabaq həftədə 6 gün məşq etməyə başlayır. O, səhər tezdən oyanıb, sahildə 8 km qaçıb, sonra məşq zalına gəlirdi. Onun gündəlik qidalarına 113 tablet vitamin də daxil idi.


Stallone ilk dəfə çəkiliş meydançasına çıxanda, filmi çəkməyə başlayanda ondan hazır olub olmadığını soruşurlar. O isə cavab verir "Mən hazır deyiləm, amma, Rokki hazırdır.”

Rokkinin həyat yoldaşını oynayan aktrisa Talia Şar Stallone ilə öpüş səhnəsini çəkəndə bərk qrip idi. Aktrisa ona görə başını əyirdi ki, qripi Stalloneyə keçirməsin. Amma, sonda Stallone qripə yoluxur. Zalda məşq səhnələrini çəkəndə aktyor qızdırma içində olur.

Stallone özünü "Rokki" ilə müqayisə edirdi. Filmin nümayişindən sonra 1976-cı ildə The New York Times-a verdiyi müsahibədə demişdir: "Film ekranlara çıxdıqdan sonra, mənə heç vaxt xoş söz deməyən tanışlarım, yaxınlaşıb deyirdilər. "Sənə halaldır”. Mən isə onlara demək istəyirəm "Mən oteldə qalanda və cürbəcür xəstəliklərdən ölməməyə çalışanda siz harda idiniz”.

Stallonenin dediyinə görə "Rocky” filmi 28 günə çəkilib.

Silvestr Stallonenin ağlına belə bir ssenari yazmaq 1975-ci ildə Məhəmməd Əli ilə Çak Vepnerin döyüşünü mübarizəsini izlərkən gəlir. Stallone, döyüşü izlədikdən sonra üç gün içərisində ssenarisinin layihəsini yaradır.

1975-ci ildə, aktyorun 29 yaşı olanda, onun cibində cəmi 106 dollar pulu olub. Həyat yoldaşı Saşa isə həmən vaxt hamilə idi. Stallone hətta sevimli iti olan Batkisi, onu yedizdirməyə imkanı olmadığından bir ailəyə satmışdır. Amma, bir ildən sonra həmən ailənin yanına gəlib, Batkisi filmə çəkmək üçün ona verməyi xahiş edir. "Filmin titrlarında itin adı Batkis Stallone kimi göstərilir. Filmin çəkilişlərində itin 6 yaşı olub.


24 Mart 1975-ci ildə Məhəmməd Əli ilə Çak Uepner qarşı-qarşıya gələrkən, kimsə Uepnerin hər hansı bir şansı olduğuna inanmırdı. Uepnerin ən çox üç round dözə biləcəyi danışılırdı, Əli üçün son dərəcə asan bir döyüş olacağı düşünülürdü. Ancaq, Uepner hər kəsi yanıltmağı bacarır, son rounda qədər dayanan Uepner heç yıxılmır. Son roundun bitməsinə 20 saniyədən az bir müddət qala matç ərzində ilk dəfə düşən Uepner 10 saniyə içərisində yerdən qalxa bilmir. Məğlub olsa da hər kəsi təəccübləndiməyə qadir olur.

Silvester Stallonenin Məhəmməd Əli pərəstişkarı olduğunu bilirik. Üstəlik, filmdə Apollo Kridi izləyərkən Məhəmməd Əlinin döyüş texnikalarının bir çoxunu görməyimiz mümkündür. Təbii ki, Məhəmməd Əli də "Rokki”nin pərəstişkarıdır! O, "Rokki II” filmini izləmək üçün dostlarının yanında, məşhur film tənqidçisi Roqer Ebert ilə filmi birlikdə izləmişdir.

"Rokki"nin ət anbarında ətləri yumruqladığı səhnə məşhurdur. Bu səhnənin çəkilişləri əsnasında Silvester Stallone ətləri o qədər uzun bir müddət, sərt bir şəkildə yumruqlayır ki, nəticədə əlinin üst səthi düzləşir. Stallone bu gün belə əlində narahatçlıq keçirir.

Silvestr Stallonenin 2010-cu ildə GQ-yə verdiyi müsahibəyə görə ilk filminin ardından Çarli Çaplin, prezident Jerald Ford, Frank, Kapra və Elvis Presli Stallonneni axtararaq görüşmək istəyir. Xüsusilə son dərəcə həyəcanlı olan Elvis haqqında Stallone Mempisə filmi birlikdə izləmək üzrə bir salon kirayələdiklərini, amma çox utanıb həyəcanlandığı üçün getmədiyini ifadə edir və əlavə edir ki, "bu gərçəkdir, istər inanın, istər inanmayın."


Stallone filmi çəkərkən, Rokki və Dolp Lundqrinin döyüşdüyü səhnənin təsirini artırma adına ikisindən birinin digərinə gərçəkdən zərbə vurmasına qərar verir. Rokkinin qabırğasına zərbə aldığı səhnənin üç dəfə məkilməısinin ardından Stallone sinəsində ağrı hiss edər ancaq fikir verməz. Bir sonrakı gün isə Stallone nəfəs almaqda çətinlik çəkər və təcili xəstəxanya aparılır. Təzyiqinin aşırı dərəcədə qalxdığı fərq edilən Stallone, vaxt itirmədən Kanadadan Santa Monikadakı Sent Cons xəstəxanasına aparılır və dörd gün reanimasiyada qalır. Stalonnenin yaşadığı bu sıxıntının səbəbi isə Lundqrinin sərt, güclü zərbələr vurması səbəb olur.


"Rokki” filmi 2006-cı ildə Amerika Birləşmiş Ştatı Konqres Kitabxansı tərəfindən "sənət, tarixi və estetik olaraq önəmli” filmlər arasına seçilərək ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. "Rokki", "Ən Yaxşı Film Oskarı" qazanan ilk "idman filmi" olaraq tarixə keçmişdir...