adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Aprel 2017 13:41
12388
SİYASƏT
A- A+

“Pul qıtlığı yaranıb”

"Girov məsələsinin qiymətləndirilməsinə ciddi yanaşmaq lazımdır. Bu məsələdə qayda-qanun yaradılmasına ehtiyac var”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı adıçəkilən komitənin sədri Ziyad Səmədzadə deyib.

Deputat bildirib ki, bu məsələdə insanların qayğısına qalınmalıdır.

"Biz monitorinqlər aparmalıyıq, həmçinin, bankla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb, bu, çox ciddi ciddi problemdir, bunu ciddi müzakirə etməliyik.

Bu olmasa, yəni, pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq. Bu baxımdan ""Daşınar əmlakın yüklülüyü haqqında” qanunun qəbul edilməsi çox vacibdir. İnsanlarımız bu qanunu çox səbrsizliklə gözləyirlər. Mən demirəm ki, hamı kredit götürsün. Bu da lazım deyil. Amma bu qanun qəbulu insanlarımız üçün çox vacibdir” .

Z.Səmədzadə bildirib ki, birinci oxunuşdan sonra sənədə kifayət qədər reaksiyalar var, böyük əksəriyyət onun vacibliyini vurğulayır və qanun layihəsini dəstəkləyir.

"Qısa müddət ərzində də İşçi Qrupu tərəfindən sənəd üzərində xeyli təkmilləşdirmələr aparılıb, qanun layihəsi sadələşdirilib, yığcamlaşdırılıb”.