adalet.az header logo
  • Bakı 20°C
28 Aprel 2017 13:11
13311
SİYASƏT
A- A+

Milli Məclisdə kreditlərlə bağlı müzakirə

Bu gün Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi müzakirə olunub.

Komitə sədriZiyad Səmədzadəqanunun mahiyyəti ilə bağl bəzi dəyişikliklərin olduğunu deyib.

Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin müdiriMəhəmməd Bazıqovbildirib ki, qanun layihəsinin bəzi maddələrinə redaktə xarakterli düzəlişlər edilib, qanunun dili sadələşdirilib.

Qanun layihəsinin 5.1-ci maddəsi yeni redaktədə verilir. İlkin variantda deyilirdi ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydada üçüncü şəxslərə açıqlanması yüklülüyün etibarlılığına təsir göstərmir. Bu o demək idi ki, yüklülüyün üçüncü şəxslərə açıqlanması könüllü xarakter daşıyırdı. Amma indi bu müddəa daha da konkretləşdirilib, yeni redaksiyada verilir. Təklif olunan redaksiyada deyilir ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə açıqlanması xüsusi yüklülük növləri üçün könüllü, dövlət və bələdiyyə yüklülük növləri üçün məcburi xarakter daşıyır. Dövlət və bələdiyyə yüklülüyünün növləri qanun layihəsinin 4.2-ci maddəsində göstərilib.

Qanun layihəsinin 6.1-ci maddəsi eyni daşınar əmlak üzərində yüklülük sahiblərinin tələblərinin ödənilməsinin növbəliliyini müəyyən edir. Bu qanuna əsasən hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər. Bu maddədə tələblərin ödənilməsi baxımından növbə ardıcıllığı müəyyən edilib. Məlumdur ki, pul vəsaitləri də daşınar əmlak olaraq yüklülük predmeti ola bilər.

Təklif olunur ki, hesabda olan pul vəsaitləri bu qanun layihəsi ilə müəyyən olunmuş ödəmə növbəliliyindən istisna edilsin və yeni 6.4-cü maddə əlavə edilsin. Həmin maddədə qeyd edilir ki, bu qanunun digər maddələrinin müddəalarından asılı olmayaraq hesabda olan pul vəsaitlərinə yüklülük sahiblərinin tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində müəyyən edilmiş növbəliliklə bağlıdır. Mülki Məcəllənin 965-ci maddəsi isə hesabdan pul vəsaitlərinin silinməsini aşağıdakı ardıcıllığını müəyyən edir.

Yəni, burada ilk növbədə həyata və sağlamlığa vurulmuş zərər, aliment tutulması ilə bağlı tələblər ödənilməlidir. İkinci növbədə işçilərin işdən çıxma ilə bağlı əmək haqqının ödənilməsi ilə bağlı tələblər ödənilməlidir. Üçüncü növbədə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fondlarına ödəmələr ödənilməlidir.

deputat Əli Məsimlibildirib ki, qanun kiçik və orta sahibkarlığın, aztəminatlı təbəqənin maliyyə çıxışının yaxşılaşdırılması məqsədi daşıyır. Deputat hesab edir ki, qanun sadələşdirilməlidir:

"Bəzi sözlərin açıqlanması verilməlidir. Məsələn, "yüklülüyün 3-cü şəxs üçün açıqlaması nə deməkdir?" bunu hər kəs başa düşmür. Qanunun məqsədinə aydınlıq gətirmək lazımdır və məqsədini göstərən maddə əlavə edilməlidir. Məqsəd daşınar əmlakları girov qoymaqla kredit əldə etmək imkanlarını genişləndirmək, kiçik və orta sahibkarlığın, aztəminatlı ailələrin maliyyəyə çıxışını artırmaqla maliyyə dövriyyəsini və iqtisadi fəallığı artımaqdır. Əhalinin gəlirləri 5-6%, inflyasiya12-13% artır. İkinci əl bazar genişlənir. Belə vaxtda insanlar həmin əşyaları kredit götürmək üçün istifadə etmək əvəzinə bazarda satacaq”.

Deputat diqqətə çatdırıb ki, indiyəədk istehlak kreditlərinə zəmanət yox olmayıb: "Amma bu qanunun qəbulu ilə indi zəmanət olacaq ki, kiçik kredit alanın məsuliyyəti artsın və kreditləri vaxtında qaytarsın. Faiz dərəcələrinin insaflı dərəcəyə endirilməsi lazımdır ki, bu model işləsin”.

Deputat Vahid Əhmədovisə deyib ki, qanun layihəsinin ötən dəfə müzakirəsi zamanı qaldırdığı məsələ öz həllini tapıb: "Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında mübahisəli məsələ öz müsbət həllini tapıb”.

Deputat qeyd edib ki, onları narahat edən ciddi məsələ girovun düzgün qiymətləndirilməməsidir: "Krediti qaytara bilməyəndə ciddi problem yaranır. Qanun layihəsində isə bu əksini tapmayıb”.

Daha sonra çıxış edən deputatlarTahir Mirkişili, Aydın Hüseynovqanun layihəsinin vacibliyindən söz açıblar.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin mayın 2-də keçiriləcək plenar iclasına tövsiyə

Qeyd edək ki, sözügedən qanun layihəsi bəzi deputatlar tərəfindən etiraza səbəb olmuşdu.