adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Aprel 2017 19:25
25707
MARAQLI
A- A+

Türkiyədən Yunanıstana üzərək gedən suriyalı BMT-nin xoşməramlı səfiri oldu

Suriyalı üzgüçü Yusra Mardini Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri olub.

Trend-in məlumatına görə, hazırda Almaniyada qaçqın həyatı yaşayan idmançı bildirib: "Hazırda Berlində yaşayıram. Bütün qaçqınları təhsillərinə və həyatlarına qaldıqları yerdən davam etməyə çağırıram".

17 yaşlı ən gənc xoşməramlı səfir gələcək Olimpiya Oyunlarında da qaçqınlardan ibarət komandanın olmasını vacib sayır: "Qaçqın komandasını təmsil etməkdən qürur duyura. 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında da mübarizə aparmaq istəyirəm. Qaçqın komandasının hər zaman mövcud olmasını istəmirəm, çünki qaçqın probleminin həll edilməsini istəyirəm".

Y.Mardini müharibə bitdikdən sonra Suriyaya qayıtmaq istədiyini bildirib.

Qeyd edək ki, Suriyada müharibənin başlamasından sonra Türkiyəyə sığınan üzgüçü 20 nəfərlik qayıqla Yunanıstana getməyə çalışmışdı. Lakin mühərriki dayanan qayığı bacısı ilə birlikdə 4 saatdan artıq müddətdə dartaraq sahilə çatdırmağı bacarmışdı.

Yunanıstandan Almaniyaya keçən Y.Mardini 2016-cı il Rio Olimpiadasında iştirak etmişdi.