adalet.az header logo
  • Bakı 13°C
27 Aprel 2017 18:24
12030
SİYASƏT
A- A+

Moskvada Qarabağ danışıqları qapalı keçiriləcək

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar bağlı qapılar arxasında keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə RusiyaXarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Danışıqlar bağlı qapılar arxasında keçiriləcək. Təbii, görüşün əvvəlinə mətbuat nümayəndələri dəvət olunacaqlar. Görüşdən sonra açıqlamalara gəlincə, bu, tərəflərin razılığından asılıdır. Dağlıq Qarabağ məsələsi üzrə danışıqlarda heç bir məxfilik yoxdur, hər şey standart qaydada həyata keçiriləcək", - M.Zaxarova vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üzrə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü aprelin 28-də Moskvada keçiriləcək.