adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Aprel 2017 17:00
8658
DÜNYA
A- A+

Fransada “McDonald’s”da PARTLAYIŞ baş verib

Fransanın Qrenobl şəhərində "McDonald’s” restoranlarının birində partlayış baş verib.

Adalet.az-ın məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb, restoranda olan bütün müştərilər və personal təxliyə olunub.

İlkin məlumatlara görə, restoranın ayaqyolunda partlayıcı qurğu işə düşüb. Lakin şəhər rəhbərliyi bu məlumatı təsdiq etməyib və partlayışın petardanın yandırılması nəticəsində baş verdiyini bildirib.