adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Aprel 2017 21:24
17763
ƏDƏBİYYAT
A- A+

Nəriman Əbdülrəhmanlı haqqında monoqrafiya çap olundu

Tanınmış yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı haqqında yeni – "Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı” adlı monoqrafiya işıq üzü görüb.

Adalet.az-ın məlumatına görə nəşrin müəllifi gənc ədəbiyyatşünas Yeqzar Cəfərlidir.

Kitabda Azərbaycan ədəbiyyatının 80-ci illər nəslinə mənsub olan yazıçının bədii yaradıcılığı – hekayə, povest və romanları araşdırılıb. Müəllif yazıçının əsərlərinin mövzu, üslub, dil, obrazlar sistemi və başqa xüsusiyyətlərini təhlil edir, onun portretinin maraqlı cizgilərini aşkara çıxarır.

"Qanun” nəşriyyatında çapdan çıxan kitabın redaktoru professor Bədirxan Əhmədli, elmi redaktoru isə dosent Emin Ağayevdir.

Məlumat üçün qeyd edək ki, Yeqzar Cəfərlinin bundan öncə 2011-ci ildə "Əli Fəhmi dünyası” adlı monoqrafiyası, 2012-ci ildə "Uçurum” adlı hekayələr kitabı işıq üzü görüb.