adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Aprel 2017 16:29
22854
KRİMİNAL
A- A+

Gənc qız dayısının evini yarıb

Nərimanov Rayon Polis İdarəsi (RPİ) və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lalə İspəndiyarovanın yaşadığı mənzildən 12500 manat dəyərində qızıl-zinət əşylarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. Oğurluq hadisəsi zərərçəkən şəxs ailə üzvləri ilə birgə Sabirabad rayonunda olan zaman baş verib.

Bu barədə Adalet.az saytına Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər. Hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilənən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub. O, ifadəsi zamanı qohumlarının evdə olmamasından istifadə edərək planlaşdırdığı oğurluq hadisəsini tanışı Əli Nəbiyevlə birlikdə həyata keçirdiklərini etiraf edib.

DİN həmin gənclərin fotolarını da yayıb.