adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Aprel 2017 16:07
6657
İDMAN
A- A+

Millimiz böyük hesabla uduzdu

Monteneqronun Podqoritsa şəhərində keçirilən 17 yaşadək futbolçular arasında UEFA İnkişaf turnirində II turun oyunları keçirilib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan millisi bu dəfə meydan sahibləri ilə qarşılaşıb.

İlk oyunda Bosniya və Herseqovinadan 3 cavabsız qol buraxan yığmamız yenə meydanı başıaşağı tərk edib. Belə ki, Mirbağır İsayevin yetirmələri yenə eyni hesablı məğlubiyyətə üzülüb – 0:3.

Qeyd edək ki, turun digər oyununda Qazaxıstan Bosniya və Herseqovinanı məğlub edib – 2:1.