Azərbaycanda qızlar oğlanlardan daha savadlıdır
Ötən il ölkə üzrə keçirilən 9-cu sinif buraxılış imtahanında iştirak edən şagirdlərin 53,93 faizini (56484 nəfər) oğlanlar, 46,07 faizi (48245) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin isə 55,81 faizi (47293) oğlan, 44,19 faizi (37444 nəfər) qız olub.
Dövlət İmtahan Mərkəzindənverilən məlumata görə, hər iki imtahanda qız və oğlanların nisbəti bir-birinə yaxındır. Lakin ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur.
Cənub zonası - Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayondlarında 9-cu sinif şagirdlərinin 47,21 faizi qızlar təşkil edirsə, 11-ci sinif şagirdlərinin arasında bu göstərici 40,81 faizdir.
11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Cənub rayonlarında bu azalmanın əsas səbəbi region üçün xarakterik olan erkən nikahlardır.
Buraxılış imtahanı fənləri üzrə oğlan və qız şagirdlərin göstəricilərinin müqayisəli təhlili göstərir ki, bütün fənlər üzrə qızların bilik və bacarıqları yüksəkdir. Bu tendensiya özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında da göstəririr.
Digər Xəbərlər
19 Aprel 2024 11:19
İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06Vardanyanla bağlı Norveç Nobel Komitəsinə AÇIQ MƏKTUB
18 Aprel 2024 13:39Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
18 Aprel 2024 12:32