adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Aprel 2017 15:10
69572
TEXNOLOGİYA
A- A+

“Google Play”dəki virus milyonlarla istifadəçiyə ziyan vurdu

Oyunlar üçün nəzərdə tutulmuş əlavədə gizlənən virus 2 milyon "Google Play” istifadəçisinə ziyan vurub.

Adalet.az Lent.az-a istinadən xəbər verir ki, belə bir məlumatı "Check Point Software Technologies” şirkəti yayıb.

Virus "Android” əməliyyat sistemi altında işləyən cihazlara hücum edib. 40-dan artıq əlavədə gizlənən təhlükəli proqram "FalseGuide” adlandırılıb. Onu istifadəçilər silə bilmir. Belə ziyanverici proqramın vasitəsilə cinayətkarlar cihaza daxil olur, DDoS hücumlar edərək qorunan şəbəkəyə çıxış əldə edirlər.

Hazırkı dövrdə "Google Play”də daha 5 ədəd viruslu əlavə aşkar olunub.Bunun əsasında mütəxəssislər bildirirlər ki, zərərvericilər öz fəaliyyətlərinə son qoymurlar.