adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Aprel 2017 15:05
13996
ƏDƏBİYYAT
A- A+

“Molla Nəsrəddin” Böyük Britaniyada çap olundu

Azərbaycanın və Orta Asiyanın əfsanəvi satirik jurnalı olan "Molla Nəsrəddin" Böyük Britaniyanın tanınmış "İ. B. Tauris" nəşriyyatında çap olunub.

Adalet.az xəbər verir ki, jurnalın satışı bir neçə ölkələrdə nəzərdə tutulub. Azərbaycana da göndərilən jurnalın satışı "Əli və Nino" kitab şəbəkəsinə həvalə olunub.

Müsəlman dünyasının ən nüfuzlu illüstrasiyalı karikatura toplusu "Molla Nəsrəddin: Polemika, Karikatura və Satiralar" adı ilə buraxılıb. Kitabın qiyməti 35 ingilis funtuu (77 Azərbaycan manatı)

Rəngli illüstrasiyalar Yaxın Şərqin vizual və mədəni tarixini özündə əks etdirir.

Nəşrdə jurnalla bağlı qeyd olunur:

1906- 1930-cu illərdə nəşr olunan Azərbaycanın dövri Molla Nəsrəddin satirik jurnalının redaktoru Cəlil Məmmədquluzadə olub.

Jurnalın adı orta əsrlərin əfsanəvi Sufi müdrikinin adı ilə adlandırılıb (deyilənə görə, o XIII əsrdə, Osmanlı imperiyasının hökmranlığı dövründə yaşayıb).

Yumoristik və realist illüstrasiyaları ilə "Molla Nəsrəddin” Müsəlman ruhanilərinin riyakarlığını, Avropa xalqlarının müstəmləkə siyasətini, daha sonra ABŞ, yerli korrupsiyaçı elitanı hədəf alaraq qərbləşməni, təhsil islahatlarını və qadınlara kişilərlə bərabər hüquqların verilməsini tələb edib.

Jurnal çap olunduğu gündən çox böyük uğur qazanıb, satışa buraxıldığı ilk gün 1000 tirajın yarısı, ay ərzində isə 5000-dən çox jurnal satıldı. Bu isə o zaman üçün böyük bir rekorda imza atmaq demək idi. Sözü gedən jurnal dövrünün ən mötəbər nəşrinə çevrilib və bütün müsəlman dünyasında oxunmağa başlayıb.

Jurnalda "Molla Nəsrəddin”lə bağlı xarici mətbuata gedən fikirlər də yer alıb:

"Molla Nəsrəddin müxtəlif sahələrdə inqilab edib… Onun müəllifləri cəsarətlə siyasəti, dini, müstəmləkəçiliyi, qərbləşmənin, müasirləşmənin və təhsilin kasadlığını, qadınlara edilən zülmü satira atəşinə tutub.

Əhalinin çoxunun savadsızlığını hədəf götürən bu jurnal şəkil və mətnlərin ehtiyatlı və ağıllı harmoniyasından ibarət idi."–The New Yorker

"…mövhumat dünyasına, islamın milliyətçiliyin və imperial gücün qaynayan qazanına nəzər (baxış)…”–The Guardian

"İynələyən yumor anlayışı və realist illustrasiyaları ilə Qafqazın Onor Domürü və ya Tulus-Lotrekini xatırladır… Jurnal qısa zamanda böyük bir uğur qazandı və o zamanının ən təsiredici nəşrinə çevrilə bilərdi, böyük ehtimalla bu janrın ilk çapı idi ki, Mərakeşdən Hindistana qədər hər yerdə oxunurdu…”–The New York Review of Books