adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Aprel 2017 13:24
4875
MƏMLƏKƏT
A- A+

Sulu qəlyandan istifadə məhdudlaşdırıldı

Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan da istifadə qadağan olunur.

Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

Bu gün MM-də "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirilib ki, layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.