adalet.az header logo
  • Bakı 17°C
27 Aprel 2017 13:11
8222
DÜNYA
A- A+

İsrail aviasiyası Dəməşqə zərbələr endirib

İsrailin Hərbi Hava Qüvvələri (HHQ) aprelin 27-nə keçən gecə Dəməşq aeroportu ərazisində obyektlərdən birinə zərbələr endirib.

Adalet.az
-a Lenta.ru-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, zərbələr orada yerləşən hərbi bazaya endirilib. Zərbələr nəticəsində güclü yanğın baş verib.

Güclü partlayışların səsi Suriya paytaxtının şərq hissəsində eşidilib.

Suriyanın hərbi komandanlığından heç bir bəyanat verilməyib.