adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Aprel 2017 10:40
15825
İQTİSADİYYAT
A- A+

Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb

Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb.

Adalet.az-ın məlumatına görə, bunu bu gün tikinti sektoru nümayəndələri ilə görüşdə Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu dövr ərzində Azərbaycanda ölkə başçısının təşəbbüsü ilə 1,5 milyon iş yeri yaradılıb.

Baş nazirinn müavini onu da bildirib ki, Azərbaycanda tikinti sektoru neft sektorundan sonra ikinci sahədir ki, bura daha çox investisiya qoyulub.

Onun sözlərinə görə, tikinti sektoru əmək bazarında əhəmiyyətli yer tutur:  "2016-cı ildə ölkə iqtisadiyyatına yatırılmış 15 milyard manat investisiyanın 11,4 milyard manatı tikinti sektoruna yönəldilib".