adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Aprel 2017 09:22
8104
DÜNYA
A- A+

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib

ABŞ "Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirib.

Adalet.az İnterfax-a istinadən məlumat verir ki, raket Kaliforniya ştatında Vandenberq bazasından buraxılıb.

Nüvə başlığı daşımağa malik raketin sınağının uğurla keçirildiyi bildirilir.

Raket 6440 kilometr məsafə qət edərək Marşal adalarında şərti hədəfi məhv edib.

The National Interest nəşri qeyd edir ki, sınaq rəsmi Vaşinqton və Pxenyan arasındakı növbəti gərginlikdən sonra həyata keçirilib.