adalet.az header logo
  • Bakı 18°C
26 Aprel 2017 23:02
13189
KRİMİNAL
A- A+

Bir gündə 49 nəfər həbs edilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 69 cinayət faktı qeydə alınıb, onların da 30-u "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər tutulub.