adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
26 Aprel 2017 19:22
6065
İDMAN
A- A+

Pul qoyuluşu edən futbolçuya 18 aylıq ağır cəza

İngiltərə Futbol Assosiasiyası Premyer Liqa təmsilçisi "Bernli”nin futbolçusu Coui Bartonu 18 ay müddətinə istənilən futbol fəaliyyətindən uzaqlaşdırıb.

Adalet.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna 34 yaşlı yarımmüdafiəçinin futbol oyunlarına pul qoyuluşu etməsi səbəb olub. Bu qərar Bartonun ittihamları qəbul etməsindən sonra çıxarılıb.

Bildirilir ki, Bartonİngiltərə Futbol Assosiasiyasının qaydalarının ziddinə olaraq, 2006-cı ilin 26 martından 2016-cı ilin 26 mayınadək oyunlara 1260 pul qoyuluşu edib.

Baron həmçinin 30 min funt cərimə olunub.

Qeyd edək ki, o, 2016-cı ildə də futbola pul qoyuluşu etdiyi üçün 1 oyunluq cəzalandırılmışdı.