adalet.az header logo
  • Bakı 16°C
26 Aprel 2017 17:22
20439
İQTİSADİYYAT
A- A+

Bankların birləşməsi davam edəcək

"Bankların konsolidasiya prosesi davam edəcək”.

Adalet.az xəbər verir ki, bunu Fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, "AtaBank” və "CDB Bank”ın birləşməsindən sonra bank bazarında konsolidasiya ilin sonuna qədər davam edəcək.

Konkret olaraq neçə bankın və hansı bankların birləşmə ehtimalının olduğuna gəlincə, Z.Nuriyev bu barədə məlumatlı olmadığı deyib.

Bununla belə, o əlavə edib ki, bank sisteminin sağlamlaşdırılması üçün bu prosesə ehtiyac var.
Amma bank sektorunda yeni birləşmələr baş tutarsa, bu, məcburi addım olmayacaq, əksinə, bank səhmdarlarının qərarlarından asılı olacaq.