adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Aprel 2017 17:15
19111
KRİMİNAL
A- A+

İnterpol dövlət əmlakını mənimsəyən azərbaycanlını axtarır

İnterpol daha bir azərbaycanlını axtarışa verib. Trend-in məlumatına görə, 1963-cü ildə İmişli rayonunda anadan olan Əli Fərzəliyev külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilir.

Ə.Fərzəliyev istintaq orqanlarından yayındığı üçün Azərbaycanın məhkəmə orqanı onun barəsində həbs qəti imkan tədbiri seçib və axtarışa verib. Həmin qərar əsasında isə İnterpol Ə.Fərzəliyev barəsində beynəlxalq axtarış elan edib.