adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Aprel 2017 16:29
7462
DÜNYA
A- A+

Rusiyanın 35 milyonluq təyyarəsi qəzaya uğradı

Rusiyanın Zabaykal diyarının Çita rayonunda MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Təyyarə Çitadan 120 km aralıda yerləşən əraziyə düşüb. Qırıcının göyərtəsində iki pilot olub. Onların vəziyyəti müəyyənləşdirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qırıcı Buryatiyanın Telemba hərbi poliqonuna düşüb və hər iki təyyarəçi sağdır. İlkin məlumata əsasən, onlar katapultasiya ediblər.

Qeyd edək ki, qeyri-rəsmi mənbələr bir MiQ-31-in qiymətinin 35 milyon dollar olduğunu bildirirlər.