adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Aprel 2017 21:00
15298
ƏDƏBİYYAT
A- A+

Azərbaycanlı yazarlar Türkiyəni kəşf edirlər

Xəbər verdiyimiz kimi, Yunus Emrə İnstitutu - Mədəniyyət mərkəzinin elan etdiyi "Tanpınarı kəşf edirəm" adlı esse yarışmasının 5 qalibi 2016-cı ilin 15 dekabrında Türkiyənin 5 şəhərinə səyahət paketi ilə mükafatlandırılmışdılar.

Proqrama görə, səyahət bu ilin aprel ayının 21-də baş tutub. Türkiyənin İstanbul şəhərindən başlayan gəzintidə nəzərdə tutulan məkanları ziyarət edən heyyət Yalova, Eskişehir, Konya, Bursa şəhərlərinin kəşfinə çıxmış, rəsmi görüşlərdə olaraq, həyata keçirilən layihənin əhəmiyyətindən bəhs etmişlər. Qonaqları isti münasibətlə qarşılayan şəhər İcra Hakimiyyəti başçıları, Bələdiyyə və Mədəniyyət mərkəzi sədrləri qalib yazarları təbrik edərək onlara müxtəlif hədiyyələr təqdim etmişlər.

Yazarların Türkiyə gəzintisi davam edir.

Gəzintidən geniş reportajı təqdim edəcəyik.