adalet.az header logo
  • Bakı 11°C
26 Aprel 2017 15:15
19755
İQTİSADİYYAT
A- A+

Zakir Nuriyevdən “exchange”lərin bərpasına dair bəyanat

"Exchange”lərin açılması valyuta bazarında yaranan boşluğu dolduracaq”.

Adalet.az
xəbər verir ki, bu barədə Fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, atılan hər addım səbəbsiz deyil,"exchange”lərin yenidən bərpasında da məqsəd valyuta bazarında yaranan çətinlikləri aradan qaldırmaqdır:

"Azərbaycana gələn xarici turistlərin sayı artır. Turistlərin valyutadəyişmə əməliyyatlarını rahat həyata keçirmələrinə ehtiyac var.Banklar isə bu tələbi tam həyata keçirə bilmirdi.

"Exchange”lərin yenidən bərpası da turistlərin valyuta dəyişməklə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi daşıyır”.

Z.Nuriyev hesab edir ki, "exchange”lərin bərpası, eyni zamanda "qara bazar”ı da sıradan çıxaracaq.