adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Hansı serial qəhrəmanına görə döyüldüm?

9524 | 2017-04-26 13:45

Uşaqlığımızınelə qəhrəmanları var ki, biz onların sayəsində mutlu olmuş, dostluğu, sevgini qazanmışıq.


2000-ci illərdəTRT kanalında "Çiçek Taksi” serialı yayımlanırdı. Axşamlar televizorun qarşısınakeçib səbirsizliklə sevimli qəhrəmanlarımızı dörd gözlə gözləyirdik.


Serialınsseanarisi çox bəsitdir. Taksi sürücülərinin ailə-məişət, iş həyatları iləbağlıdır. Ancaq mesaj möhtəşəmdir: dostluq, sevgi, həyatla mübarizə, birlik...90-ların uşaqları bu serialla böyüyüb. Şəxsən mən bu seriladan çox şey götürmüşəm.Ən çarəsiz, ən miskin vaxtlarımda "Çiçek Taksi” köməyimə çatıb. Həyat eşqimi,özgüvənimi yerinə gətirib. İnsanları sevdirib...


İşsizvaxtlarımda hər gün izləyərdim. Bəzən duyğulanar, bəzən də təbəssüm qonardıüzümə. Serialda Ömər adlı bir personaj var. Kollektivin ən istedalısı, ənçılğınıdır. At yarışlarına pul qoyar, uduzar, arvadı ilə mübahisələri düşər.Manolya onu evdən qovar. Ömərin unudulmaz səhnələri var ki, indinin özün də beləonu xatırlamamaq mümkün deyil.


Həmin illərdəmesajı eyni olan seriallarda vardı. "Yedi Numara”, "Ayrılsak da Beraberiz”,"Sihirli Annem”, "Kuzenlerim”, "En son babalar duyar” kimi əjdaha seriallarverilirdi. İnsanlara birliyi, dostluğu, ləyaqətli yaşamağı aşılayırdı bu seriallar.


"ÇiçekTaksi” bunların arasında ən sevdiyim serial idi. Aktyorları o qədər çoxsevirdim ki, yuxumda belə onları görürdüm. Ömərin təsirinə düşüb, dərsdəuşaqları güldürürdüm. At yarışı yerinə futbol oyunlarına variant yazırdım. Anamaxşamlar məni danlayırdı. Atam bir dəfə buna görə çömçə ilə döymüşdü məni. İndiyadıma düşdükcə qımışıram.


Bir balacataksi dayanacağıdır onların həyatı. Sürücü kimi həyatın çətinlikləri, sürprizləriilə qarşılaşırlar. Mən həmişə onların yaşadıqları həyat istəmişəm. O cür işyerimin olmağını istəmişəm.


İndininserialları isə bağırsaq kimi uzanan, bayağıdır. Təsəvvür edin, tamaşaçı gözləyirki, oğlan qızı nə vaxt, neçə yüzüncü seriyada öpəcək.


Nə yaxşı ki,bizim uşaqlığımız "Çiçek Taksi” kimi rəngli, bir o qədər də hüznlü keçib...

TƏQVİM / ARXİV