adalet.az header logo
  • Bakı 21°C
26 Aprel 2017 12:04
10223
SİYASƏT
A- A+

Ərdoğan Rza Zərrabdan danışdı

Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan keçən il ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı sualı cavablandırıb.

Adalet.az  xəbər verir ki, "Reuters”ə müsahibəsi zamanı Ərdoğana ABŞ prezidenti Donald Trampla keçirəcəyi görüşdə Türkiyə vətəndaşı olan Rza Zərrabın məsələsini gündəmə gətirib-gətirməyəcəyi sualı ünvanlanıb.

O, Rza Zərrabla bağlı məsələnin gündəmində olduğunu deyib:

"Atacağımız addımlardan biri də Rza Zərrab ilə bağlı olacaq. O, mənim atamın oğlu deyil, amma mənim vətəndaşımdır. Əgər günahı varsa, bizim Ədliyyə Nazirliyinə də materiallar təqdim edilməlidir. Yoxsa uydurulmuş ittihamlarla həbsdə saxlanarsa, vətəndaşına sahib çıxa bilməyən dövlət kimi tanınarıq”.